"Bu il Naftalana müalicəyə gələnlər azalıb"
08 İYUL
214

"Bu il Naftalana müalicəyə gələnlər azalıb"

Ötən illə müqayisədə Naftalana müalicəyə gələnlərin sayında azalma müşahidə olunduğu bildirilir.

"Ötən illə müqayisədə qonaqların sayı yarıbayarı azalıb. Ötən il bu vaxtı mərkəzimizdə indikindən təxminən 2 dəfə çox turist var idi. Azalmanın səbəbləri müxtəlifdir, o cümlədən bir sıra istirahət mərkəzlərinin keyfiyyətsiz və bahalı qidalar təklif etmələri, qonaqlara aşağı xidmət göstərilməsi, turistlərin baha daşınması və s. ola bilər. Digər müalicə və istirahət mərkəzləri də müalicəyə gələnlərin azaldığını bildirirlər. Hazırda turist azdır. Qarşıdakı dövrdə qonaqların artacağına ümid edirik",- sahibkar deyib.

Naftalan Şəhər İcra Hakimiyyəti bildirmişdi ki, 2018-ci ilin ilk 3 ayı ərzində Naftalanda dincələn və müalicə olunan 5545 turist qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Onlardan 2245 nəfəri xarici turistlər olub.

©Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır