Avropada hansı turizm istiqamətləri “Instagram”da daha populyardır?
29 İYUL
277

Avropada hansı turizm istiqamətləri “Instagram”da daha populyardır?

Xorvatiyanın Dubrovniki, İslandiya, Şotlandiya yaylaları və Macarıstanın Budapeşti Avropanın “Instagram”da ən populyar olan turizm istiqamətləridir. AZƏRTAC xəbər verir ki, bu siyahı populyar “Big 7 Travel” saytı tərəfindən tərtib edilib. “Instagram” sosial şəbəkəsində populyarlıq reytinqi əsasında yekun nəticələr ortaya çıxarılıb. Qaliblər xalların hesablanmasının kompleks sisteminin köməyi ilə seçilib. Bu sistem təyin olunmuş yer üçün həştəqlərin miqdarını, “Big 7 Media”nın 1,5 milyon auditoriyasının sorğularının nəticələrini və səyahətlər üzrə ekspertlərin səslərini təhlil edib. “Big 7 Travel” saytı bildirir ki, rəyi soruşulanların 67 faizi yeni təyin olunmuş yeri “Instagram”da görüb bəyəndikdən sonra ziyarət etdiklərini deyiblər. Eyni zamanda, 61 faiz respondent özlərinin “Instagram” səhifələrində müəyyən oteli gördükləri zaman bronlayıblar. Ekspertlər vurğulayır ki, getdikcə daha çox sayda turist səyahətlərə dair məsləhətlər üçün yalnız “Instagram”dan istifadə edir. Respondentlərin 33 faizi isə bildirir ki, onlar səyahətə yollanacaqları yeri bu sosial şəbəkədəki hesabları vasitəsilə tədqiq ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır