Bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı məlum olub
01 AVQUST
253

Bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı məlum olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 351 539 nəfər səfər edib.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda qeyd edilib. 

Məlumata görə, bu ötən ilə nisbətən 280 nəfər yaxud 0,08% artım deməkdir. Bu ilin ilk yarısında Türkiyəyə səfər edən azərbaycanlılar ümumi turistlərin 1,94%-ni təşkil edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır