Azərbaycandan Gürcüstana səfər edənlərin sayı bu qədər artıb
01 AVQUST
345

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı bu qədər artıb

İyun ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 167 529nəfər təşkil edib.

Turizm.fins.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə gedənlərin sayı 13% artıb.

Hesabat ayında Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 212 981 nəfərlə Rusiya, üçüncü yerdə isə 156 117 nəfərlə Türkiyə qərarlaşıb.

Gürcüstana gedən rusiyalıların sayında 24%, Türkiyə vətəndaşlarının sayında isə 38% artım qeydə alınıb. 

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır