Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı açıqlanıb
05 AVQUST
297

Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 798 216 nəfər səfər edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə ziyarət edənlərin sayı 42 613 nəfər və ya 5,6% artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayına görə ikinci yeri tutub. Birinci yerdə 850 650 nəfərlə Rusiya, üçüncü yerdə isə 672 657 nəfərlə Ermənistan qərarlaşıb. 

Yalnız iyul ayında isə Gürcüstan Azərbaycandan 175 499 ziyarətçi qəbul edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə səfər edənlərin sayı baxımından birinci yeri tutub.   

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır