“Wizzair” Gürcüstandan 12 yeni istiqamət üzrə uçuşları təxirə salıb
14 AVQUST
416

“Wizzair” Gürcüstandan 12 yeni istiqamət üzrə uçuşları təxirə salıb

Macarıstanın aşağı büdcəli aviaşirkəti "Wizzair” Gürcüstanın Kutaisi şəhərindən 12 yeni istiqamət üzrə uçuşları təxirə salıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni istiqamətlər üzrə uçuşların təxirə salınmasının səbəbi təyyarələrin tədarükünün gecikdirilməsidir.

“Wizzair”in Kutaisidəki bazasının 4-cü və 5-ci təyyarələri hava limanına 2020-ci ildə müvafiq olaraq iyul və dekabr aylarında xidmət göstərməyə başlayacaq.

Avişirkət Kutaisi hava limanına iki Airbus A320 təyyarəsinin əlavə olunacağı və 12 yeni istiqamət – Frankfurt, Hamburq, İraklion, Karlsrue/Baden-Baden, Neapol, Nitsa, Nürnberq, Piza, Poznan, Stokholm, Turku və Venesiya şəhərlərinə uçuşlar elan etmişdi.

“Wizzair” bu istiqamətlər üzrə biletlər əldə edən sərnişinlərdən üzr istəyib və onlara biletin dəyərinin qaytarılması və ya dəyişdirilməsi üçün bir neçə variant təklif edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır