"Gün üzü görməyən" güzgülü şəhər - FOTO
21 AVQUST
782

"Gün üzü görməyən" güzgülü şəhər - FOTO

Norveçin Ryukan şəhərinin sakinləri beş ay - sentyabr ayından martadək Günəş üzünə həsrət qalır.

Burada qış vaxtlarında depressiyaya düşən insanların sayı inanılmaz dərəcədə artır

Bütün buna səbəb yaşayış məntəqəsinin hər tərəfdən dağlarla əhatələnmiş alçaq məkanda yerləşməsidir. Lakin 1913-cü ildə Ryukan şəhərinin banisi Sam Eydenin ağlına bir az dəlisov fikir gəlib: o, dağların zirvəsinə güzgü qoymağı təklif edib. 

Ötən əsrin əvvəllərində bunu reallaşdırmaq çox çətin idi, ona görə də ilk təcrübələr uğursuz alınmışdı. 2005-ci ildə bu ideya "qaranlıq şəhər"in sakini, rəssam Martin Andersenin sayəsində yenidən gündəmə gəldi.

Nəhayət, beş milyon kron vəsait sayəsində 2013-cü ildə üç güzgü quraşdırıldı. Güzgülərdən əks olunan işıq şəhərin əsas meydanına istiqamətləndirildi. Yerli əhalinin əhvali-ruhiyyəsi dərhal yaxşılaşdı. Şəhərə turist axını başladı. İndi xarici qonaqlar artıq xizək və snoubordlarda sürüşməkdən əlavə, qeyri-adi güzgülərə də baxa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır