Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq
21 AVQUST
303

Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq

Bu ilin sentyabrın 9-13-də Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.

Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

"Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq. Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətləri Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırılacaq.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır