Çinin 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq
23 AVQUST
928

Çinin 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq

Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 22-dək Çin Xalq Respublikasının Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək.Fins.az xəbər verir ki,"Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çindən 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.

İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır