Turizmdəki problemlərin araşdırılması üçün Ekspertlər Şurası yaradıldı
04 SENTYABR
326

Turizmdəki problemlərin araşdırılması üçün Ekspertlər Şurası yaradıldı

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Ekspertlər Şurası yaradıb. 

Assosiasiyadan verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərəcək Ekspertlər Şurası Azərbaycanda gəlmə və getmə turizmində mövcud olan problemlərin araşdırılmasını həyata keçirəcək və onların həlli istiqamətində təkliflər hazılayaraq idarə heyətinə təqdim edəcək.

Görüləcək işlərin keyfiyyətli və standartlara cavab verməsi üçün Ekspertlər Şurasında daxili və xarici turizm komissiyası, eyni zamanda xarici logistika komissiyası yaradılıb. 

Yaradılan komissiyalar həmçinin, Azərbaycana turist axınının artırılması, turistlərin məmnun yola salınması və turizm agentliklərinin fəaliyyətinə nəzarət etmək üçün yeni mexanizmlərinin hazırlanması istiqamətində də təkliflər hazırlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır