Kosmosda otel tikilir
04 SENTYABR
324

Kosmosda otel tikilir

Texnologiyanın gündən-günə inkişaf etməsi artıq kosmosda otelin inşasını reallaşdırıb. Bu da bir ilkdir.

Turizm.fins.az türk mətbuatına istinadən bilidirir ki, hazırda kosmosda otel inşa edilir. Otelin inşası 2025-ci ildə yekunlaşacaq. “Gateway” Fondu tərəfindən inşa edilən və Alman alimi Von Braunun adını daşıyan kosmik otel Orbitdə yerləşəcək.

Otel xarici halqa ilə daxili halqanı bir-birinin ətrafında fırladaraq, süni cazibə yaratmaq üçün nəzərdə tutulub. 400 nəfərlik otel, mətbəx, restoran və kinoteatrdan ibarətdir.

©Virtualaz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır