Bu tarixdən Norilsk-Ufa-Bakı aviareysi açılacaq
06 SENTYABR
397

Bu tarixdən Norilsk-Ufa-Bakı aviareysi açılacaq

Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı aviareysi üzrə biletlərin satışına start verib.

Aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən marşrut üzrə uçuşlar oktyabr ayının 27-dən etibarən başlayacaq.

Norilskdən Ufaya uçuşlar hər həftənin V günləri yerli vaxtla 11:30-da, əks istiqamətdə isə həftənin VI günləri saat 01:10-da yerinə yetiriləcək. 

Sözügedən aviareysin sərnişinləri həftənin V günləri Ufadan Bakıya uça biləcək. 

Uçuşlar “Boeing 737-800” təyyarəsi ilə yerli vaxtla 15:30-da, əks istiqamətdə isə 19:00-da həyata keçiriləcək. Bakıdan Ufaya uçuş 3 saat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır