Sərnişinlərə təqdim edilən yeməklərin müxtəlifliyinə görə AZAL dünyada II olub
10 SENTYABR
494

Sərnişinlərə təqdim edilən yeməklərin müxtəlifliyinə görə AZAL dünyada II olub

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə təqdim edilən yeməklərin müxtəlifliyinə görə “One Two Trip” səyahət xidmətinin hazırladığı reytinqdə II yeri tutub.

Bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, 111 mülki aviasiya şirkətində sərnişinlərə təqdim edilən yeməkləri araşdılan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) 27 variant müəyyən edib. Ekspertlər hər fərqli varianta 1 xal verib. Yəni hər şirkət maksimum 27 xal toplaya bilib.

I yeri 26 xalla “Singapore Airlines”, II yeri 25 xalla AZAL, III yeri isə 23 xalla “Japan Airlines” tutub. “China Southern Airlines” və “Korean Air” isə 22 xal toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır