Aeroport istifadəyə hazırdır
10 SENTYABR
390

Aeroport istifadəyə hazırdır

Çinin paytaxtı Pekində yeni inşa edilmiş və dünyanın ən böyük hava limanlarından olan “Dasin” beynəlxalq aeroportu istifadəyə tam hazırdır.

Bildirilir ki, artıq aeroportda bir neçə dəfə uğurlu sınaq uçuşları həyata keçirilib. Hava limanının sentyabrın 30-da istismara verilməsi nəzərdə tutulur. Qeyd edək ki, artıq “Dasin” hava limanından həyata keçiriləcək uçuşlar üçün aviabilet satışına başlanılıb.

Məlumatı “Rambler.ru” yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır