Turistlərin ən çox ziyarət etdikləri və pul xərclədikləri şəhərlərin reytinqləri açıqlanıb
13 SENTYABR
372

Turistlərin ən çox ziyarət etdikləri və pul xərclədikləri şəhərlərin reytinqləri açıqlanıb

“Mastercard” şirkəti ötən il turistlərin dünyanın ən çox ziyarət etdikləri və ən çox pul xərclədikləri şəhərlərin reytinqlərini (“Global Destination Cities Index”) dərc edib.

Turizm.fins.az-ın “Mastercard”a istinadən verdiyi məlumata görə, reytinqlər tərtib edilərkən turistlərin müəyyən şəhərdə ən azı bir gün gecələməsi nəzərə alınıb. Nəticədə, 2018-ci ildə turistlərin ən çox ziyarət etdikləri şəhər Banqkok (22,8 mln.), ən çox pul xərclədikləri şəhər isə Dubay olub (30,8 mlrd. ABŞ dolları).

Turistlərin 2018-ci ildə ən çox ziyarət etdikləri şəhərlər:

#

Şəhər

2018-ci ildə gələn turistlərin sayı, mln. nəfər

1

Banqkok (Tailand)

22,78

2

Paris (Fransa)

19,10

3

London (Böyük Britaniya)

19,09

4

Dubay (BƏƏ)

15,93

5

Sinqapur (Sinqapur)

14,67

6

Kuala-Lumpur (Malayziya)

13,79

7

Nyu-York (ABŞ)

13,60

8

İstanbul (Türkiyə)

13,40

9

Tokio (Yaponiya)

12,93

10

Antalya (Türkiyə)

12,41

Turistlərin 2018-ci ildə ən çox pul xərclədikləri şəhərlər:

#

Şəhər

2018-ci ildə turistlərin ümumi xərci, mlrd. $

1

Dubay (BƏƏ)

30,82

2

Məkkə (Səudiyyə Ərəbistanı)

20,09

3

Banqkok (Tailand)

20,03

4

Sinqapur (Sinqapur)

16,56

5

London (Böyük Britaniya)

16,47

6

Nyu-York (ABŞ)

16,43

7

Paris (Fransa)

14,06

8

Tokio (Yaponiya)

13,77

9

Palma-de-Malyorka (İspaniya)

12,69

10

Phuket (Tailand)

12,01

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır