Venesiyada turist qondolaçını vurdu: selfidən imtina etdiyinə görə - VİDEO
17 SENTYABR
282

Venesiyada turist qondolaçını vurdu: selfidən imtina etdiyinə görə - VİDEO

Venesiyada turist selfidən imtina etdiyinə görə qondolaçıya hücum etdi.

The Local” xəbər verir ki, hadisə Bareteri körpüsünün yaxınlığında baş verib.

Cənubi Amerikadan olan bir qrup turist selfi etmək üçün qayığa minib. Lakin qayıqçı onlardan getməyi xahiş edib.

Şahidlərin çəkdiyi videoda turistin aqresiv davranışı lentə alınıb. O, qondolaçıya hədə qorxu gəlib, papağını yerə atıb, sonra isə ona zərbə endirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır