Antalyaya gələn turist sayında rekordlar qırılıb
18 SENTYABR
324

Antalyaya gələn turist sayında rekordlar qırılıb

"Turizmin paytaxtı" adlandırılan Antalya, bu il 1 Yanvar - 15 Sentyabr dövründə 11 milyon 636 min 450 əcnəbi turisti qarşılayıb.

Turizm.fins.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Antalya Hava Limanının göstəricilərinə görə, şəhərə gələn xarici turist lərin sayı keçən ilin eyni dövrünə nisbətən 17% artıb. 

Beləliklə, Antalyaya gündəlik və aylıq gələn turist sayında bütün zamanların rekordları qırılıb.

Ən çox turistin  gəldiyi ölkələr Rusiya, Almaniya və Ukraynadır. 

Sentyabr ayının ortaları olmasına baxmayaraq, şəhərdəki mehmanxanalardakı doluluq davam edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır