Antalyaya gələn xarici turistlərin sayında yeni rekord
02 OKTYABR
289

Antalyaya gələn xarici turistlərin sayında yeni rekord

Turizmdə dünyanın ən çox seçilən yerlərindən biri olan Antalyaya, 9 ayda 13 milyon 5 min 193 nəfər xarici turist gəlib. 

Turizm.fins.az Antalya Mədəniyyət və Turizm İdarəsinin məlumatına istinadən xəbər verir ki, 1 Yanvar - 30 Sentyabr 2019-cu il tarixlərində Antalya və Gazipaşa hava limanları vasitəsilə şəhərə gələn xarici turistlərin sayı 13 milyon 5 min 193-ə çatıb. 

Keçən ilin eyni dövrü ilə müqayisədə xarici turistlərin sayı 16 faiz artıb və bütün zamanların rekordu qırılıb.  

Antalyaya gələn rus turistlərin sayı 14% artımla 4 milyon 752 min 660 nəfər təşkil edib.  

Şəhərə ən çox turist göndərən ölkələr arasında Rusiyadan sonra 2 milyon 85 min 83 turistlə Almaniya, 726 min 602 turistlə Ukrayna, 623 min 501 turistlə də İngiltərə gəlir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır