Türk Hava Yolları və BMT-in Sivilizasiyalar Alyansı ortaq platforma yaradır
03 OKTYABR
356

Türk Hava Yolları və BMT-in Sivilizasiyalar Alyansı ortaq platforma yaradır

Dünyanın ən çox nöqtəsinə uçuşlar edən Türk Hava Yolları birbaşa missiyasını həyata keçirməklə yanaşı, həm də cəmiyyətin müxtəlif hədəflərə nail olması üçün dünya brendləri, təşkilatlar və QHT-lər ilə əməkdaşlıq edir. 

Bayraq daşıyıcısı qlobal missiyasına çatmaq üçün daha bir addım atıb. Belə ki, THY BMT-in  Sivilizasiyalar Alyansı ilə əməkdaşlığa dair müqavilə  imzalayıb. “Sülh naminə idman mükafatları” adlı layihənin imzalanma mərasimi 24 sentyabr tarixində Nyu Yorkda, BMT-in qərargahında baş tutub. Mərasimdə Türkiyə Respublikasının prezidenti Rәcәb Tayyib Әrdoğan və BMT-in Baş katibi Antonio Quterreş iştirak edib. Müqaviləni Türk Hava Yolları tərəfindən şirkətin idarə heyəti və icraçı komitəsinin rəhbəri İlker Aycı və BMT-nin mədəniyyətlər ittifaqı üzrə ali nümayəndəsi Miqel Moratinos imzalayıblar. 

“Türk Hava Yolları” dünya ictimaiyyətinin diqqətini çəkmək üçün BMT-in Sivilizasiyalar Alyansı ilə birlikdə insanlar və xalqlar arasında sülh mədəniyyətini təbliğ etmək missiyasını öz üzərinə götürür. “Sülh naminə idman mükafatları” adlı ortaq layihə idmanın birləşdirici və ilhamlandırıcı gücündən yararlanaraq, insanlar arasında sülhsevər cəmiyyətin təbliği məqsədini daşıyır. Layihə çərçivəsində beynəlxalq münsiflər heyəti tərəfindən seçilmiş şəxslərə “Sülh və inkişaf naminə idman” mükafatları təqdim olunacaq. İdman, incəsənət və biznes aləminin aparıcı adlarıqlobal imkanlar və problemlərə diqqət çəkmək üçün  bir araya gələcəklər. 

İmzalanma mərasimində çıxış edən “Türk Hava Yolları”nın idarə heyəti və icraçı komitəsinin rəhbəri İlker Aycı bildirib ki, təmsil etdiyi şirkət 126 ölkənin 316 məntəqəsinə uçuşlar həyata keçirərək daşınma funksiyasını uğurlar yerinə yetirir. THY həm də Şərqlə Qərb arasında körpü rolunda çıxış edir:” Bayraq daşıyıcısı olaraq, müxtəlif brendlər, təşkilat və QHT-lər il çalışaraq, fərqli cəmiyyətləri və mədəniyyətləri birləşdiririk. Bu missiyamızı daha da uğurla həyata keçirmək üçün innovativ və perspektivli layihələr üzərində işləyirik. BMT-in Sivilizasiyalar Alyansı ilə birgə layihəmizin imzalanma mərasimində prezident Rəcəb Tayyib Ərdoğanın və BMT-in Baş katibi Antonio Quterreşin iştirakından qürur duyuruq. Həm yerli, həm də qlobal səviyyədə idman dəstəkliyicisi kimi tanınan “Tük Hava Yolları” olaraq, biz idmanın birləşdirici gücünə inanırıq. Buna görə də idmanın dəstəyi ilə 2030-cu ilə qədər dayanıqlı inkişafın 17 məqsədinə çatacağımıza əminik. “Sülh naminə idman mükafatları” layihəsinin ortaq tərəfdaşı olaraq, missiyamızın bütün hədəflərinə çatacağına, dünya ictimaiyyətinin marağını çəkəcəyinə əminik. 

Bu ilin fevral ayında “Türk Hava Yolları”nın İstanbuldakı qərargahında keçirilmiş görüş əsasında şirkət və BMT-in Sivilizasiyalar Alyansı arasında bir neçə layihənin müzakirəsi aparılıb. THY-ın idman sahəsinə verdiyi dəstək nəzərə alınaraq, ortaq layihənin də qeyd olunan sahəni əhatə etməsi razılığı əldə olunub. Tərəflər “Sülh naminə idman mükafatları” adlı layihə çərçivəsində əməkdaşlığa dair razılıq əldə ediblər. Sülh, qarşılıqlı anlaşma və dözümlülük təbliğ edən idman dayanıqlı inkişağın 17 hədəfinə çatmaqda ən universal alətdir. 

“Türk Hava Yolları” və BMT-in Sivilizasiyalar Alyansı dayanıqlı inkişaf naminə dövlət və özəl biznes arasında tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini əyani olaraq göstərir. Bayraq daşıyıcısı layihənin kommunikasiya və media strategiyasında fəal iştirak edərək, onun həm yerli, həm də qlobal səviyyədə auditoriyasının genişlənməsi üçün çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır