29 November
205

Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb

Noyabrın 28-də Moskvada “National Geographic Traveler” jurnalı tərəfindən təşkil olunan “National Geographic Traveler Awards 2019” müsabiqəsində Azərbaycan İtaliya və Böyük Britaniyanı qabaqlayaraq “Ən yaxşı ekskursiya istiqaməti” nominasiyası üzrə qalib seçilib.

“Nat-geo.ru” saytı vasitəsilə onlayn səsvermə əsasında aparılan müsabiqədə 450 mindən çox insan iştirak edib.

Cari ilin 29 iyunundan 31 oktyabrınadək davam edən səsvermədə ən populyar turizm növləri və ən yaxşı turizm istiqamətləri üzrə 24 nominasiya yer alıb.

Sayca 9-cu dəfə keçirilən müsabiqədə 50-dən artıq ölkənin turizm məhsulları və turizm istiqamətləri səsverməyə çıxarılıb.

Hər il keçirilən “National Geographic Traveler Awards” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, həmçinin yeni səyahət marşrutlarının yaranmasını stimullaşdırır.

Məlumat üçün bildirək ki, “National Geographic Traveler” jurnalı “National Geographic Partners” korporasiyası tərəfindən Rusiya da daxil olmaqla, dünyanın bir çox ölkəsində dərc olunur və jurnalda səyahət mövzuları üzrə məqalələr dərc olunur.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

201
TuranBankdan çoxfunksiyalı kart!
175
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
231
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TIBB.FINS.AZ xəbərləri

176
Asqıranda burun və ağzınızı tutmayın! - Alimlərdən XƏBƏRDARLIQ
210
Məşhur endokrinoloqdan CİDDİ XƏBƏRDARLIQ - Bu qidaları birlikdə YEMƏYİN - VİDEO
250
Xroniki yorğunluğu yox edən QİDALAR və VASİTƏLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI