06 December
19

Budapeşt hava limanı

“Ferençe Lista” adına Beynəlxalq hava limanı ölkənin 5 ən böyük hava limanlarından biridir. Hava limanı Budapeştin mərkəzindən 16 kilometr cənubi-qərbdə yerləşir. “Ferençe Lista” Boeing-747 An-124 An – 225 kimi təyyarələri qəbul edə bilir. Hava limanı həmçinin Bratislava və Vyanaya uçan təyyarələr üçün ehtiyyat məkan rolunu oynayır.

Tarix

1939-1944-ci illərdə hava limanının tikintisi aparılıb. İkinci dünya müharibəsi illərində hava limanına ciddi zərər dəyib. 1950-ci il 7 may tarixində” Ferençe Lista” adına olan hava limanı tamamilə tikilərək istifadəyə verilib. İlk uçuşlar Praqa, Buxarest, Varşava və Sofiya şəhərlərinə həyata keçirilib. 2011-ci ildə “Ferihed” hava limanının adı dəyişdirilərək məşhur bəstəkarın 2 yüz illik şərəfinə “Ferençe Lista” adlandırılıb.

Terminallar

Hava limanında 3 əsas terminalı var. Bunlar 1, 2A və 2B terminallarıdır. 2A və 2B terminalları arasında keçid, piyada həyata keçirilir. Daha qədim olan 1 nömrəli terminal bir qədər uzaqda yerləşdiyindən ora avtobusla gedilir. 2008-ci ilin 30 mart tarixində Macarıstanın bütün hava limanları Şenqen ərazisinə daxil olub. Öləkinin bütün şenqen uçuşları 2A terminalından həyata keçirilir. Digər uçuşlar 2B terminalından edilir. Low Cost uçuşlar isə 1 nömrəli terminaldan həyata keçirilir.

Terminal-1

2005-ci il 1 sentyabr tarixindən 1 saylı terminalday yalnız Lou Cost şirkətlərinə məxsus təyyarələr uçuşlar həyata keçirir. Amma buna baxmayaraq bu terminalın arxitekturası Avropa ən yaxşılarından sayılır. Terminalın binası təyyarə formasında tikilib. 2012-ci il 22 may tarixindən etibarən 1saylı terminal sərnişinlər üçün qapılarını bağlayıb və bütün reyslər 2A və 2B terminalına köçürülüb.

Terminal -2A

Terminal 1985-ci il 1 noyabr tarixində istifadəyə verilib. Bu terminaldan yalnız Şenqen ölkələrinə uçuşlar həyata keçirilir.

Air Berlin (Hannover Nyurenberq)

Air Europe( Madrid)

Air France Paris-Şarl de Qol

Air Malta( Malta)

Alitia (Roma-Fyumuçina)

Australian Airlines (Vyana)

Brussel Airlines (Brussel)

Clickair (Barselona)

Czech Airlines (Praqa)

Europe Air (Barselona)

Finnair (Helsinki)

LOT Polish Airlines (Varşava)

Lufthansa (Frankfurt Myunhen)

Lufthansa İtalia (Milan-Malpensa)

Lufthansa Regional operator Euroving (Dyusseldorf)

Lufthansa Regional operator Lufthansa CityLine

Smart Wings Praqa

TAP Portuqal (Lissabon)

Terminal- 2B

2B terminalı 1998-ci il 8 dekabr tarixində istifadəyə verilib. Terminaldan Şenqen ölkəsinə daxil olan və olmayan istiqamətlərə uçuşlar həyata keçirilir.

Aer Lingus (Dublin)

Air Baltic (Riqa)

Aeroflot (Moskva – Şeremetevo –F)

British Airways (London-Xitrou)

Belevia (Belqrad, Minsk )

EgyptAir (Qahirə)

EgyptAir Express (Qahirə)

El Al (Tel-Aviv)

Hainan Airlines (Pekin)

Moldavian Airlines (Kişinyov)

Royal Jordanian (Amman)

Swiss International Airlines operator Helvetic Airways (Çyurix)

Swiss International Airlines operator Swiss European Air Lines (Bazel Milyuz Qenuya)

Turkish Airlines (Istanbul –Atataürk)

Wizz Air –(Moskva)

Nəqliyyat

Macarıstan dövlət dəmiryolu “MAV” gün ərzində terminallar arasında sərnişinləri daşıyır. Terminallar arasında məsafəni qatarlar 25 dəqiqə ərzində qət edir. Bir saat ərzində terminallar arasında qatarlar 2-3 dəfə hərəkət edir.

Hər 8-10 dəqiqədən bir şəhər mərkəzindən hava limanına avtobuslar yola düşür. 200E nömrəli avtobuslar bir başa hava limanına gedirlər. Bundan başqa 11 nəfərlik mikro-avtobuslarda hava limanı istiqamətində hərəkət edirlər.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

28
Azərbaycanda ən çox orta aylıq əməkhaqqı hansı rayonlardadır? – TAM SİYAHI
30
Azərbaycanla Çin arasında Protokol imzalanıb
22
Layiqincə qiymətləndirilməmiş 10 möhtəşəm ideya

seçilmiş TIBB.FINS.AZ xəbərləri

67
Boyunda duzlaşma ilə necə mübarizə aparmalı? - 5 ÜSUL
62
Bu üsulla bir aya incə belə sahib olun
94
Ən ucuz kosmetik vasitə - DİŞ MƏCUNU - Bilmədiyiniz faydalar

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI