13 April
19

Xaricilərin evində nahar etmək şansı yarandı

İnternetdə turistlər üçün yeni “VizEat” adlı xidmət yaradılıb. Turizm.fins.az xəbər verir ki, xidmət turistlərin başqa ölkələrdə tanımadıqları şəxsin evində qonaq olmaq və onlarla birgə yerli mətbəxi dadmaq imkanı verir.

Saytda əcnəbilərə kulinar xidmət göstərən istənilən şəxs qeydiyyatdan keçə bilər. Turistləri öz evlərində qəbul edən şəxs nəinki onlara yemək təqdim etmək, həmçinin turistlərə yemək bişirilməsi üzrə dərslər keçə və turistləri şəhər gəzintisinə çıxara bilər.

Qeyd edək ki, “VizEat”-də qeydiyyatdan keçmək pulsuzdur. Ev sahibləri xidmət haqqlarını özləri müəyyən edir. Sayt isə yalnız göstərilən məbləğin 20 faizini xidmət haqqı olaraq alır.

İndiyədək adıçəkilən saytda 110 ölkədən 20 min ev sahibi və 110 min turist qeydiyyatdan keçib.

Artıq xidmətdən “İndependent” dərgisinin nümayəndələri istifadə edib. Onlar Parisdə Mari adlı xanımın evində qonaq olub, dadlı təamlardan dadıblar. Fransalı xanım jurnalistlərə 3 cür yemək təqdim edib. Yemək jurnalistlərə 59 avroya başa gəlib.

Sayta daxil olaraq qeydiyyatdan keçə və Azərbaycan mətbəxini əcnəbilərə təqdim edə bilərsiz.

https://www.vizeat.com/?c=EUR

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

102
Dolların sabaha olan MƏZƏNNƏSİ
105
Azərbaycanda ən bahalı və ən ucuz – XİDMƏTLƏRİN QİYMƏTİ AÇIQLANIB
106
Prezidentdən 5 milyon manatlıq SƏRƏNCAM

seçilmiş TIBB.FINS.AZ xəbərləri

112
Hansı hallarda bezdən istifadə etmək olmaz?
110
Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildi
112
Uşaqları bu qidalardan uzaq tutun - Qaraciyərə ZƏRƏRLİDİR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI