19 January
24

Bakıda adında əfsanələr gəzən restoran

Ölkəmizdə bir çox dünya brendləri fəaliyyət göstərir. Bu brendlər müxtəlif sahələrin ən tanınmışlarıdır. Azərbaycanda fəaliyyət göstərən məşhur brendlərdən biri də Paris Bistro restoranıdır. Adı çəkilən məkan Fransa mətbəxini sevən qurmanlar üçün xüsusi önəm kəsb edir. Belə ki, Paris Bistro restoranın adı haqqında bir çox miflər gəzir. Turizm.fins.az bu mifləri araşdıraraq restoranın əsl adının mənasını öyrənməyə çalışıb.

İlkin versiyaya görə Paris Bistro restoranın adı rus sözü olan bıstro sözündən tərcümədə tez sözündən götürülüb. Turistlər arasında gəzən şayəyə görə 1814-cı ildə rus kazaklarının Parisi zəbt etməsi zamanı bir qrup əsgər Monmartrada restoranların birinə daxil olaraq tez bir zamanda yemək və içmək istədikləri üçün bıstro bıstro deyərək qışqırıblar. Lakin tarixə nəzər salsaq görərik ki, ilk Paris Bıstro restoranı 1973-cü ildə qədim Müqəddəs Petra kilsəsinin yerində fəaliyyətə başlayıb.

Baxmayaraq ki, ruslarla bağlı bu əfsanə rusiyalı turistlərin həmişə könlüncə olub. Amma bu elə əfsanə olaraq qalır.

Qədim Fransa lüğətinə görə, Le Petit Robert –yəni bıstro, daha dəqiq, tez ifadəsi Fransada 1814-cü ildən çox əvvəl yaranıb. Fransızca bistouille kimi tələffüz olunan bu söz zəhərli alkaqol mənasını ifadə edir.

Bu ifadə Fransız dilində iki cür məna verir. 1-ci məna Marchand de vin tenant café. «Les prolétaires qui s’empoisonnent chez le bistrot» Şərab satıcısı, özünü zəhərləyən proletarlar

2-ci məna Café. «Petits bistrots de chez nous, où trois bougres rigolent en sifflant du piccolo». — Var. Bistroquet . Balaca lakin olduqca ciddi olan və bistroke içilən məkan.

Tarixçilərin fikrincə bıstro sözünün Fransada ruslar tərəfindən formalaşması ən azından tarixi xronoloji ardıcıllığa uyğun gəlmir. Bu söz ruslar tərəfindən 19-cu əsrdə işləndiyi halda Fransada bistraud ( şərab satanın balaca köməkçisi) sözü çox-çox əvvəl yaranıb.

Artıq çoxdandır ki, adı əfsanələrlə zəngin olan Paris Bıstro restoranı paytaxtımızda da fəaliyyət göstərir. Buradakı qiymətlərlə isə aşağıdakı fotolardan tanış ola bilərsiz.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

115
Dolların sabaha olan MƏZƏNNƏSİ
132
Azərbaycanda ən bahalı və ən ucuz – XİDMƏTLƏRİN QİYMƏTİ AÇIQLANIB
120
Prezidentdən 5 milyon manatlıq SƏRƏNCAM

seçilmiş TIBB.FINS.AZ xəbərləri

112
Hansı hallarda bezdən istifadə etmək olmaz?
111
Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildi
112
Uşaqları bu qidalardan uzaq tutun - Qaraciyərə ZƏRƏRLİDİR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI