14 May
8

Burada "fast-food" restoranların açılmasına qadağa qoyulub

İtaliyanın Venesiya şəhərində yaxın 3 il ərzində "fast-food" restoranların açılmasına qadağa qoyulub.

Turizm.fins.az Report-a istinadən xəbər verir ki, şəhər rəhbərliyinin bu addımı turistlərin hesabına yaranan tullantıların həcmini azaltmaq istəyi ilə bağlıdır.

Belə ki, turistlər Venesiyanın tarixi yerlərini gəzərkən aldıqları “fast-food”ları özləri ilə daşıyırlar. Bu da kilsələrin, körpülərin və bir çox tarixi məkanların önündə yemək kağızlarının yığılmasına gətirib çıxarır. Bundan başqa, əcnəbilər cərimələrə baxmayaraq, aldıqları yeməklərlə göyərçinləri yemləyirlər.

Venesiya bələdiyyəsinin sədri Luici Bruqnaronun sözlərinə görə, bundan sonra şəhərdə fəaliyyət göstərən iaşə obyektləri üçün yeni qaydalar tətbiq olunacaq. Belə ki, obyektlərin yanında zibil qutularının qoyulması, turistlər üçün tualet təşkil edilməsi məcburi olacaq.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

110
Tesla Cybertruck-ın dizaynı belə olsaydı necə olardı
135
Diesel yeni “futbolka”larının alıcılarına mənzil hədiyyə edəcək – Foto + Video
137
“AzerGold” işçi axtarır - VAKANSİYA

seçilmiş TIBB.FINS.AZ xəbərləri

149
Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb
151
Alimlər göz qırpma zamanı ölçüsünü böyüdən linzalar yaradıblar
131
Qan azlığının yaranma səbəbi, əlamətləri - Nə zaman həkimə getməliyik?

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI