11 November
6

Naftalanın təmiz havası və neft vannaları - FOTOLAR

7-8 noyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal turizminə Dəstək Assosasiyasının və “Naftalan Hotel by Rixos” Sağlamlıq və İstirahət Mərkəzinə infotur təşkil edilib. Fins.az əməkdaşının da iştirak etdiyi turun məqsədi müalicəvi nefti ilə məşhur olan bu şəhərlə tanışlıq idi.

Jurnalistlərlə yanaşı turizm şirkətlərinin nümayəndələrini də daşıyan avtobus Azadlıq meydanından yola düşdü. Yol boyu tur iştirakçılarına sağlamlıq turizmi haqqında maraqlı məlumatlar verildi.

Təxminən 4 saat yarımlıq yoldan sonra Bakı ilə müqayisədə nisbətən mülayim, lakin adamı üşüdən Naftalan havası bizi qarşıladı. Çoxdandır şəhərdən kənara çıxmayan bir sıra jurnalistlərin dediyi kimi “ilk nəfəsdə aldığımız hava, insanın ciyərlərını narahat edəcək dərəcədə təmiz idi”. Paytaxdan gəlmiş qonaqlara “Naftalan Hotel by Rixos”da yer ayrıldı və premium otaqlar ixtiyarımıza verildi.

Sağlamlıq turizmi üçün nəzərdə tutulmuş oteldə turistlərə istənilən növ yeməklər təklif olunur. Hotellə ümumi tanışlıq zamanı diqqəti çəkən əsas məkan neft vannaları yerləşən bölmə oldu. Həkimin məsləhəti üzərinə bir prosedur qəbul edən jurnalistlər ancaq oynaqlardakı ağrını hiss edə bildilər, amma möcüzəvi naftalan neftinin təsirli olması üçün minimum 14 dəfə bu prosedurdan keçmək lazımdır. Tərkibindəki maddələrə görə sənaye neftindən fərqlənən Naftalan nefti ilk görüşdən mükəmməl türk qəhvəsini xatırladır və özünəməxsus qoxuya malikdir.

Hotel həkiminin sözlərinə əsasən, tərkibinə görə Naftalan neftinin dünyada analoqu yoxdur, buna görə də müalicə üçün gələnlər yalnız yerli turistlər yox, həm də xaricilərdir. Bununla yanaşı, bir çox xəstəlikləri müalicə etməyə qadir bu nemətin tanıtımı çox zəif olduğu üçün nəinki ölkə xaricində, elə daxildə də belə bir neftin varlığından xəbərsiz olanlar var.

Turun ilk gününün sonunda təşkil olunmuş dəyirmi masada turizmin çox da yayılmayan bu sahəsi haqqında geniş müzakirələr aparıldı, sağlamlıq turizmi barədə geniş məlumat verildi. Bildirildi ki, ölkədə və bölgədə 2-3 ulduzlu hotellərin olmaması bu sahənin inkişafını ləngidir. Amma sağlamlıq turizmi bahalı turizm sahəsi olduğu üçün bu sahədə ucuz hotellərin tikilməsi yaxın gələcəkdə mümkün deyil.

Noyabrın 8-də, yəni turun ikinci günündə səhər yeməyindən sonra KİV nümayəndələrinə ikinci dəfə neft vannası qəbul etmək imkanı yaradıldı. Daha sonra isə Naftalan şəhərinin mərkəzi ilə tanış olduq. Bununla da infotur başa çatdı.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

135
Diesel yeni “futbolka”larının alıcılarına mənzil hədiyyə edəcək – Foto + Video
135
“AzerGold” işçi axtarır - VAKANSİYA
156
Dövlətlərin xarici borclarının dünya üzrə ÜDM-in dəyərinə nisbəti bəşər tarixində rekord həddədir

seçilmiş TIBB.FINS.AZ xəbərləri

149
Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb
151
Alimlər göz qırpma zamanı ölçüsünü böyüdən linzalar yaradıblar
131
Qan azlığının yaranma səbəbi, əlamətləri - Nə zaman həkimə getməliyik?

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI