12 May
108

Ən təmiz çimərlik ölkələri məlum oldu - SİYAHI

İspaniya növbəti dəfə ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkə seçilib. Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bu il İspaniya "ən yaxşı çimərliklər" nominasiyasında öz rekordunu yeniləyib. Ekoloji və İstehlakçılar Maariflənməsi Assosiasiyasının (ADEAC) məlumatına əsasən, İspaniyada bu il 586 "mavi bayraq" sertifikatı ilə qeyd edilmiş çimərliklər uçota alınıb.

Bu ölkədə ən yaxşı yay istirahəti üçün regionlar sırasında Valensiyanın adı çəkilir - burada 125 "mavi bayraq" işarəli çimərliklər var. Valensiyadan sonra siyahıda Qalisiya (123), Kataloniya (98), Əndəlüs (76) və Bolear adaları (45) yer alıblar.

Reytinqin ikinci yerində 444 "mavi bayraqla" Türkiyə, sonra isə Yunanıstan (430), Fransa (400) və Portuqaliya (315) gəlir.

Qeyd edək ki, "mavi bayraq" sertifikatı 4 meyar üzrə müəyyənləşir - suyun təmizliyi, ekologiyanın qorunması, təhlükəsizlik və istirahət edənlərin məlumatlandırılması.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

114
Dolların sabaha olan MƏZƏNNƏSİ
128
Azərbaycanda ən bahalı və ən ucuz – XİDMƏTLƏRİN QİYMƏTİ AÇIQLANIB
119
Prezidentdən 5 milyon manatlıq SƏRƏNCAM

seçilmiş TIBB.FINS.AZ xəbərləri

112
Hansı hallarda bezdən istifadə etmək olmaz?
111
Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildi
112
Uşaqları bu qidalardan uzaq tutun - Qaraciyərə ZƏRƏRLİDİR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI