04 August
5

Azərbaycanda tibbi turizm başlayır

Sentyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə (“BIHE 2016”) sərgisi keçiriləcək. Sərginin təşkilatçısı olan «Iteca Caspian» şirkətindən fins.az-a verilən xəbərə görə, sərgidə tibb və laboratoriya avadanlıqları, dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər.

Tibbi turizm şirkətlərinə fürsət

Sərgidə ilk dəfə olaraq yeni «Klinika» sektoru çərçivəsində bir sıra şirkətlərin iştirakı gözlənilir. Sərgidə «Tibbi turizm» sektoru çərçivəsində xaricdə müalicənin təşkili ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Onların arasında Almaniya, Estoniya, Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzlərinin iştirakı gözlənilir.

Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcəkdir. Bu il «Tibbi turizm» sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

Xaricilərin sayı artır

Sərgi təşkilatçıları bildiriblər ki, bu il «BIHE» iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edəcək. İştirakçıların siyahısında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrdən 100-dən çox şirkət yer alıb.

Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribyutorları da iştirak edəcək. Yerli distribyutorlar arasında «ARASH Medical», «Besan», «BTL Industries», «Labservis» və digər şirkətlər də var.

Stomotologiya və estetika ayrıca sərgilənəcək

«BIHE» sərgisi ilə paralel daha iki tədbir - 11-ci «Stomatology Azerbaijan 2016» və 10-cu «Beauty Azerbaij an 2016» sərgiləri də keçiriləcək.

Beləliklə, «BIHE» sərgisi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün əsas tədbir olmaqla yanaşı, səhiyyə sahəsində ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi məkana çevriləcək.

Xatırladaq ki, «BIHE» sərgisi 22 ildir tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları, habelə əczaçılar və elm xadimləri arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olub. «BIHE» sərgisi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı «ITE Group» şirkətləri çıxış edirlər.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

115
Dolların sabaha olan MƏZƏNNƏSİ
132
Azərbaycanda ən bahalı və ən ucuz – XİDMƏTLƏRİN QİYMƏTİ AÇIQLANIB
120
Prezidentdən 5 milyon manatlıq SƏRƏNCAM

seçilmiş TIBB.FINS.AZ xəbərləri

112
Hansı hallarda bezdən istifadə etmək olmaz?
111
Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildi
112
Uşaqları bu qidalardan uzaq tutun - Qaraciyərə ZƏRƏRLİDİR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI