11 August
8

Quba-Xaçmaz zonasında sağlamlıq turizmi inkişaf edəcək – QƏRAR

Nazirlər Kabineti Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında qərar qəbul edib.

Qərar Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz turizm və rekreasiya zonası, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılsın və həmin turizm və rekreasiya zonalarının hüdudları təsdiq edilsin (xəritələr əlavə olunur).

2. Mədəniyyət və Turizm Nazirliyi müvafiq yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

108
Dolların sabaha olan MƏZƏNNƏSİ
109
Azərbaycanda ən bahalı və ən ucuz – XİDMƏTLƏRİN QİYMƏTİ AÇIQLANIB
110
Prezidentdən 5 milyon manatlıq SƏRƏNCAM

seçilmiş TIBB.FINS.AZ xəbərləri

112
Hansı hallarda bezdən istifadə etmək olmaz?
110
Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildi
112
Uşaqları bu qidalardan uzaq tutun - Qaraciyərə ZƏRƏRLİDİR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI