21 September
8

Müalicə turizminə il boyu tələbat var

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası təsis edildiyi vaxtdan etibarən artıq üç ildir ki, tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində iştirak edir. Biz ildən-ilə artan Assosiasiya üzvlərini geniş şəkildə təqdim etmək niyyətindəyik. Bu gün biz Azərbaycanın ondan artıq kurort və sanatoriyasını birləşdiririk. Onlardan bir çoxu – Naftalan, Duzdağ postsovet məkanında kifayət qədər yaxşı tanınır. Bəziləri isə əvvəlki baza əsasında Qəbələ, Qax, Siyəzən və digər rayonlarda yenidən qurulub.

Bu fikirləri Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev deyib. R.Quliyev bildirib ki, sərgidə iştirak etməkdə məqsədimiz Azərbaycanda müalicə və sağlamlıq istirahətinin həm yerli, həm də xarici iştirakçılar arasında təşviqidir. Biz dünyanın müxtəlif ölkələrini təmsil edən ixtisaslaşmış təşkilatlarla fəal əməkdaşlıq edirik. Sevindirici haldır ki, biz bu sərgi çərçivəsində Belarus və Türkiyəni təmsil edən tərəfdaşlarla görüşlər keçirmişik.

Bu gün qarşımıza hədəf qoymuşuq ki, müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayını 25-30 faiz artıraq. Bunun üçün bizim bütün imkanlarımız var. Həmçinin mövsümdən asılı olmayaraq, müalicə turizminə il boyu böyük tələbat var.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

101
Tesla Cybertruck-ın dizaynı belə olsaydı necə olardı
135
“AzerGold” işçi axtarır - VAKANSİYA
135
Diesel yeni “futbolka”larının alıcılarına mənzil hədiyyə edəcək – Foto + Video

seçilmiş TIBB.FINS.AZ xəbərləri

149
Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb
151
Alimlər göz qırpma zamanı ölçüsünü böyüdən linzalar yaradıblar
131
Qan azlığının yaranma səbəbi, əlamətləri - Nə zaman həkimə getməliyik?

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI